!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxslərinə cinayət işi açıldı - SİYAHI

!Reklam – Yazi

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işləri açılıb, bəzi bələdiyyələrin vəzifəli şəxsləri barəsində isə sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Yenicag.az xəbər verir ki, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhəri, Sabunçu rayonunun Ramana, Biləsuvarın Əliabad, Masallının Kolatan, Ucarın Qaracallı, Xaçmazın Qaraçaycek, Ağcabədinin Aran bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri cinayət işləri başlanılıb.

Həmçinin Bakı şəhəri, Suraxanı rayonu Bülbülə, Qusarın Samur, İmişlinin Hacırüstəmli, Ağstafanın Dağ Kəsəmən, İsmayıllının Topçu, Daşkəsənin Qabaqtəpə, Sabirabadın Quruzma, Cəlilabadın Muğan, Beyləqanın Şəfəq və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanan sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv