Azərbaycanda boşanmaların dəhşətli statistikası: 7 ayda…

2017-ci ilin 7 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 32864 nikah qeydə alınıb.

Yenicag.az xəbər verir ki, qeydə alınmış boşanma hallarının sayı isə 8,532 təşkil edib.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.