Azərbaycanda 34 xəstəlikdən əziyyət çəkən insanların pedaqoji fəaliyyətlə məşğul olmasına icazə verilməyəcək.
Yenicag.az-ın məlumatına görə, bu xəstəliklərin siyahısı Nazirlər Kabinetinin yeni təsdiqlədiyi “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nda öz əksini tapıb.
Siyahıda alkoqol, kokain, opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları, şizofreniya, xroniki sayıqlama pozuntuları, tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi, seksual seçimin pozuntusu, kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla), azartlı oyunlara patoloji meyil, yanğına patoloji hərislik (piromaniya), oğurluğa patoloji hərislik (kleptomaniya) və s. kimi xəstəliklərin adları qeyd edilib.
Həmin siyahını tam şəkildə təqdim edirik:
Sıra
№-si |
Xəstəliklərin Beynəlxalq Təsnifatı üzrə
(XBT-10) kodu |
Xəstəliklərin adı |
1 | 2 | 3 |
1. | A15 | Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi |
2. | F00 | Alsheymer xəstəliyi zamanı demensiya |
3. | F01 | Vaskulyar demensiya |
4. | F02 | Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya |
5. | F03 | Dəqiqləşdirilməmiş demensiya |
6. | F06.0 | Üzvi hallyüsinoz |
7. | F06.1 | Üzvi-katatonik hal |
8. | F06.2 | Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu |
9. | F07.0 | Üzvi mənşəli şəxsiyyət pozuntusu |
10. | F10 | Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları |
11. | F11 | Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları |
12. | F12 | Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları |
13. | F14 | Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları |
14. | F16 | Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları |
15. | F20 | Şizofreniya |
16. | F22 | Xroniki sayıqlama pozuntuları |
17. | F31.1 | Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu |
2
1 | 2 | 3 |
18. | F31.2 | Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu |
19. | F31.4 | Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli
depressiyanın növbəti epizodu |
20. | F31.5 | Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu |
21. | F33.3 | Qayıdan depressiv pozuntu, psixotik
əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod |
22. | F60.0 | Şəxsiyyətin paranoid pozuntusu |
23. | F60.2 | Şəxsiyyətin dissosial pozuntusu |
24. | F60.3 | Şəxsiyyətin emosional davamsız pozuntusu |
25. | F60.4 | Şəxsiyyətin isterik pozuntusu |
26. | F63.0 | Azartlı oyunlara patoloji meyil |
27. | F63.1 | Yanğına patoloji hərislik (piromaniya) |
28. | F63.2 | Oğurluğa patoloji hərislik (kleptomaniya) |
29. | F65 | Seksual seçimin pozuntusu |
30. | F98.5 | Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla) |
31. | H90.5 | Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla) |
32. | J38.0 | Səs büküşlərinin və qırtlağın iflici |
33. | H54.0 | Binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla) |
34. | H54.1 | Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla) |