!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu ASC ləğv edildi – SƏRƏNCAM

!Reklam – Yazi

“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün, Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Eyni zamanda, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamı ilə Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirməyə açıq elan edilməsi barədə müddəa da qüvvədən düşüb.

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv