!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu dəmir yolu stansiyası ləğv edildi

!Reklam – Yazi

Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən “Heybət” dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən “Heybət” dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilib.

Sərəncamda qeyd edilir ki, Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən “Heybət” dəmir yolu stansiyası ləğv edilsin. Yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.yenicag.az

2835
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv