Son günlər bazarlarda balığın qiyməti 2 dəfədən çox bahalaşıb. Bahalaşma paytaxt Bakı ilə yanaşı balıqçılıq zonası hesab olunan cənub bölgəsində də müşahidə edilir.
Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, bu ərazilərdə balıq çox ovlanmasına baxmayaraq ziyad, çəki və digər balıq növlərinin qiyməti iki dəfədən çox bahalaşıb.
Məsələn əvvəllər Lənkəranda kiloqramı 5-6 manata satılan ziyad balığı bazarlarda kiloqramı 15-30 manata alıcılara təklif edilir. Külmə balığının kiloqramı əvvəllər 3 manata satılırdısa indi bu rəqəm 9-10 manat arasında dəyişir. Satıcılar bunu hava şəraiti ilə əlaqələndirsə də bu qiymət artımının Novruz Bayramı ilə əlaqədər olması danılmazdır. Müşahidələr onu deməyə əsas verir ki, bayram günlərində balığın qiyməti yenə də artacaq.