!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu il 5 bəbir balası doğulub

!Reklam – Yazi

xalli-bebir-balasiHirkan Milli Parkı (MP) ərazisində 2016-cı ilin payız aylarında ana bəbirin 2 balası ilə fotoşəkli qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.

Bildirilib ki, Hirkan MP-da bəbirlərin əsas qidasını yabanı donuz, cüyür və digər məməlilər (çaqqal, porsuq, tirəndazlar və s) təşkil edir: “Parkda bəbirlərin təbii artımı faktoloji olaraq ilk dəfə isbat edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində Həsən Əliyev adına Zəngəzur Milli Parkında da bəbir ailəsi 3 balası ilə müşahidə olunub. Milli Park yaradıldıqdan sonra ərazidə bəbirlərin əsas qidası hesab olan bezoar keçilərinin sayının bərpa olunması, nadir və nəsli kəsilməkdə olan yırtıcı növlərin sayına müsbət təsir edib. Milli Park ərazisindəki güclü mühafizə rejimi və bol qida mənbəyi 3 balanın böyüməsinə şərait yaradıb”.

“Son bir neçə ildə artıq dəfələrlə qeydə alınan nadir fauna növlərinin görüntüləri faktı ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlərin bəhrəsidir”, – deyə məlumatda qeyd olunub.

www.yenicag.az

3098
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv