Azərbaycanda bu məhsulların qiyməti niyə artır? – SƏBƏBLƏR

 

“Digər ölkələrlə müqayisədə onu deyə bilərik ki, ölkəmizdə açıq şəraitdə yetişdirilən bitkilərin məhsuldarlığı çox aşağıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hazırda mövsümi tərəvəzlərin, xüsusilə pomidor və xiyarın qiymətinin baha olmasının səbəbləri haqda danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, pomidor və xiyarın baha olması həm də mövsümlə bağlıdır:

“Təəssüflər olsun ki, ölkəmizdə son zamanlar ümumiyyətlə açıq şəraitdə yetişdirilən məhsulların azaldığı müşahidə edirik. Bu da məhsuldarlığın get-gedə aşağı düşməsi ilə əlaqədardır. Yay mövsümündə havaların dəyişkən keçməsi, stabil olmaması, fermerlərmizin kifayət qədər keyfiyyətli istehsal vasitələrinin olmaması da buna səbəbdir. Artıq bizi kəndlilərimiz istehsal vasitələrini, gübrəni daha baha qiymətə əldə edirlər. Digər ölkələrlə müqayisədə onu deyə bilərik ki, ölkəmizdə açıq şəraitdə yetişdirilən bitkilərin məhsuldarlığı çox aşağıdır. Azərbaycan özü keyfiyyətli gübrə istehsal edə bilmir. Söhbət fosfor və kaliumlu gübrələrdən gedir. Bunlar çox yeksək qiymətə istehlakçılara təklif olunur. Əgər gübrədən qaydasına uyğun olaraq istifadə edilmirsə, məhsuldarlıq da aşağı düşür”.

V. Məhərrəmov qeyd edib ki, son zamanlar fermerlərimiz də bu istiqamətdə o qədər də maraqlı deyil:

“Əsas səbəblər istehsal xərcinin artımı, məhsuldarlığın aşağı olmasıdır. İstehsal vasitələri bahadırsa, əlbəttə istehsal xərci də yüksək olur. Son vaxtlar daşınma xərci də artıb. Məhsulun rayondan Bakıya daşınmasında dizel yanacağının qiymətinin artması da əsas səbəblər sırasındadır. Bu kimi amillər məhsuldarlığa, onun maya dəyərinin yüksək olmasına gətirib çıxarır. Bu da bazardakı qiymətlərə öz təsirini göstərir. Hər bir istehsalçı yaxud həmin məhsulu bazara gətirərək satmaq istəyən vasitəçinin xərci artdığına görə, onlar da bu yaranmış vəziyyətdən istifadə edərək, qıtlıq olduğu üçün daha yüksək qiymətə müəyyən edirlər və bu səbəbdən də qiymətlər bahalaşır”.

İsmayıl Bakuvi

COP29