İmişli rayonunda fəaliyyət göstərən “İmişli-Quşçuluq” MMC iflas mərhələsində olduğunu elan edib.
Yenicag.az xəbər verir ki, “İmişli-Quşçuluq”un müflis elan olunması ilə bağlı məhkəmə baxışı yanvarın 29-u, saat 11:00-da Şirvan Kommersiya Məkəməsində keçiriləcək.
Xatırladaq ki, “İmişli-Quşçuluq” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,073 mln manat, qanuni təmsilcisi isə Gözəl Əmirxan qızı Səfərovadır./report/