Azərbaycanda bu sahədə region ölkələri ilə müqayisədə liderdir

“İqtisadiyyatın əsas sahəsi olan turizm daha da inkişaf etdiriləcək”.

Yenicag.az xəbər verir ki, bunu “Turizm növləri” adlı kitabın təqdimat mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildir müstəqil olan gənc dövlət sayılır.

“Gənc Azərbaycanın iqtisadiyyatı da gəncdir. Düzdür, inkişafımız sürətli və böyükdür. Region ölkələri ilə müqayisədə ölkəmiz lider sayılır. Ancaq sürətli inkişafı turizm sahəsində də əldə etmək lazımdır. Çünki ölkəmizdə kifayət qədər gəzməli-görməli, tarixini öyrənməli yerlər var. Bir sözlə, iqtisadiyyatın əsas sahəsi olan turizm daha da inkişaf etdiriləcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29