Azərbaycanda bu şəxslər üçün qaz və elektrik limiti ləğv edilə bilər

Milli Məclisin iclası zamanı bəzi sakinlər, o cümlədən dağ kəndlərində yaşayan vətəndaşlar üçün qaz və elektrik limitinin ləğv edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Yenicag.az-ın məlumatına görə, belə bir təkliflə deputat Əli Məsimli çıxış edib.

Millət vəkili bildirib ki, dağ kəndlərində hava soyuq keçdiyi üçün qazdan istifadə çoxalır və limitin tətbiq olunması vətəndaşların büdcəsinə ziyandır:

“Qaz və eleketrik enerjisi limiti məsələsinin aradan qaldırılmasını vacib hesab edirəm. Fikrimcə, bu dövlətə maliyyə yükü olmayacaq. Sadəcə dağ kəndlərində yaşayanların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru çox yaxşı addım olacaq”./bakuws

COP29