Çernobıl qəzasında əziyyət çələnlərin mənzil məsələsi qısa müddətdə həll olunacaq.
Yenicag.az Publika.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bugünkü iclasda deyib.
“İndiyə qədər məcburi köçkünlər və I-II Qarabağ müharibəsinin iştirakçılarının mənzillə təmin olunma məsələsi var idi. Artıq bu, bir il ərzində yekunlaşacaq. Bundan sonra sürətlə Çernobıl qəzasından əziyyət çəkmiş şəxslərin mənzillə təminatı işləri aparılacaq”, – deyə deputat əlavə edib.