!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu siqaretin qiyməti bahalaşdı

!Reklam – Yazi

Azərbaycanda bəzi siqaret markalarının topdan satış qiyməti 1 manat bahalaşıb.

Bu barədə siqaret satışı ilə məşğul olan ticarətçilər məlumat verib. Vurğulanıb ki, “Winston” və bir neçə başqa markalı siqaretlərin blokunun qiymətində 1 manat bahalaşma qeydə alınıb.

Belə ki, əvvəllər “Winston” compakt siqaretinin blokunu 21.50 (1 ədədi 2.15 qəpik) AZN-ə əldə edilirdisə, hazırda bu siqaretlər (1 ədədi 2.25) müəyyən limitlə 22.50 qəpiyə satılır.

Topdan satış qiymətilə bərabər müəmmalı şəkildə bəzi – “Rotmons”, “LD”, “More”, “Viceroy” və digər siqaret markalarının mağazalara paylanılmasında da gecikmələr var. Bəzi mağazalar sözügedən markalı siqaretləri müəyyən limitlə əldə etsələr də, bəziləri ümumiyətlə bu siqaretləri 10-15 günə yaxındır ki, ala bilmirlər.

Ticarətçilər yaxın vaxtlarda siqaret qiymətlərinin növbəti dəfə bahalaşacağını qeyd edirlər.(unikal.org)

www.yenicag.az

2042
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv