!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu tanınmış şirkətlərdə koronavirusa yoluxma qeydə alındı - RƏSMİ

!Reklam – Yazi

“Aprelin əvvəlindən başlayaraq yoluxma sürəti azalsa da, may ayında təkrar artdı”.

Yenicag.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bu da məhdudiyyətlərin götürülməsi nəticəsindədir. Xəstələrin 76 faizində simptomlar yüngül, 4-5 faizində ağır olub. Koronavirusa yoluxanların 57 faizi qadınlardır, 43 faizi kişilərdir.

Ən böyük təhlükə yerləri biznes mərkəzləridir. Burada liftlərin sayı minimuma endirilməli, insanlar daha çox pilləkənlərdən istifadə etməlidirlər. Lokal müəssisələrinin rəhbərləri və əməkdaşları bütün çağırışlara əməl etməyiblər.

Bakı Tikiş Evində 64 nəfər, “Baku Steel Company”də 48 nəfər, həbsxanalarda 46 nəfər yoluxub”. – deyə sədr bildirib.

www.yenicag.az

1052
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv