Azərbaycanda bununla bağlı 4 milyon manatlıq müqavilə imzalandı – FOTO

Azərbaycan İnvestisiya Şirkəti ilə “Balxurma” MMC arasında 4 milyon manatlıq müqavilə imzalanıb.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

“Qeyri-neft sektorunun inkişafına xidmət edən daha bir uğurlu layihə! Azərbaycan İnvestisiya Şirkəti ilə “Balxurma” MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 mln. manat investisiya qoyulması barədə müqavilə imzalanıb”, – nazir qeyd edib.

M.Cabbarov vurğulayıb ki, investisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.