Azərbaycanda canlı donordan götürüləcək orqanlar – SİYAHI

Azərbaycanda canlı donordan transplantasiya məqsədilə götürüləcək orqanların siyahısı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsində bildirilib ki, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.