Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.
Yenicag.az xəbər verir ki, hadisə verilişdə ekspert qismində əyləşən jurlanist Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib.
Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su töküb.
Sözügedən hadisədən sonra jurnalist proqramdan uzaqlaşdırılıb.
Qeyd edək ki, Anar Vəziroğlu Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun qardaşıdır.