Azərbaycanda canlı efirdə qeyri-adi sual – VİDEO

380880Kanal S-in hazırladığı və Region TV-nin gündəlik efirində yayımlanan “Yaşamaq gözəldir” verilişində əyləncəli hadisə baş verib. Efirdə diş xəstəliklərindən danışan həkim-stomatoloqa Bakıdan maraqlı zəng gəlib: “Həkim, mənim dişlərim niyə ağrımır?”

Həkim və aparıcılar yarızarafat, yarıgerçək vəziyyətdən çıxaraq, sualı cavablandırmağa çalışıblar. Belə vəziyyətdə, şübhəsiz ki, gülüşsüz ötüşmək mümkün olmayıb.