!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda ciddi islahatlar gözlənilir” – Əli Həsənov

!Reklam – Yazi

Ol0wchK505GWaaz1“Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçis Əli Həsənov deyib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev 2016-cı il ölkədə islahatlar ili elan edilib: “İslahatlar artıq başlayıb. Əlbəttə, Azərbaycan post-neft dövrünə hazırlaşırdı, ancaq belə tez bir zamanda post-neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da Prezident İlham Əliyev dərhal operativ, çevik islahatların keçirilməsi təşəbbüsünü irəli sürdü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı reysə buraxılıb.

Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir. Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır”.

Ə.Həsənov qeyd edib ki, referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır: “Çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post-neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bunun nəticəsində də Azərbaycan xalqının firəvan həyatını təmin edək”.

Əli Həsənov həmçinin Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi ilə bağlı tənqidi iradları haqqında məsələni də şərh edib: ““Avropa Şurasının Venesiya Komissiyasının tələsik açıqlaması ilə bağlı Azərbaycan hökuməti öz münasibətini bildirib. Bu sifarişli dırnaqarası ekspert rəyi idi: “ Bu tipli qanun layihələrinə, təşəbbüslərə, ölkələrin qanunvericilik aktlarına qiymət vermək üçün Vensiya Komissiyasına bir neçə ay vaxt lazımdır. Azərbaycan Avropa Şurasına üzv olandan Komissiya ilə bizim səmərəli əməkdaşlığımız olub. Bu gün də həmin əməkdaşlıq davam edir. Əgər Venesiya Komissiyası müraciət etsəydi ki, Azərbaycan tərəfi bu layihəni ekspertiza üçün onlara göndərsin, biz onu göndərəcəkdik. Amma müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan hər hansı bir sifarişlə komissiya rəyini açıqladı. Biz də buna müvafiq qiymətimizi verdik”.

PA rəsmisi bildirib ki, referendum təşəbbüsü Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib: “Təşəbbüs ölkə prezidentindən gəlib. Konstitusiya Məhkəməsi onun konstitusiyaya uyğunluğunu təsdiq edib. Layihə indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb. Azərbaycan xalqının iradəsi bizim üçün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizdən üstdə durur. Ona görə də biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edə bilək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edə bilək. O rəylər və açıqlamalar ki, dırnaqarası beynəlxalq hüquq təşkilatları, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları sifarişlə Azərbaycana yanaşır, biz də onlara adekvat münasibət bəsləyirik”.

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv