Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 556 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 546, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 010 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 877 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 885 031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 992 847 təşkil edir.