Azərbaycanda COVID-19-a qarşı vaksinasiya davam etdirilir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 211 vaksin vurulub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 56, ikinci doza üzrə 130 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 22 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfər təşkil edib.