“Koronavirusa yoluxanlara 900 manat ödəniş olunacaq”
Yenicag.az xəbər verir ki, bunu “Atəşgah Həyat” Sığorta Şirkətində Həyat sığorta idarəsinin rəisi Şəfəq Həsənova Fins.az-a müsahibəsində deyib.
Ş.Həsənova bildirib ki, müxtəlif yaş qruplarına uyğun olaraq fərqli sığorta haqlarını özündə əks etdirən sığorta paketləri ortaya çıxarılıb.
Şirkət nümayəndəsi qeyd edib ki, 6 aylıq sığorta haqqı 19, 38 və 57 AZN təşkil edən üç növ sığorta paketi hazırlanıb.
“Sığorta haqqı 19 manat təşkil edən paketdə sığorta məbləği 1000 manat təşkil edir. Yoluxma üzrə sublimit isə 250 AZN-dir. Sığorta haqqı 38 manat olan paketin sığorta məbləği isə 2000 manatdır. Yəni vətəndaş koronavirus və ya başqa bir səbəbdən vəfat edərsə, onun ailəsinin alacağı məbləğ 2000 manata bərabərdir. Virusa yoluxduğu halda isə 600 manat ala biləcək. Sığorta haqqı 57 AZN təşkil edən paketdə isə sığorta məbləği 3000, yoluxma üzrə isə 900 manat təşkil edəcək” – deyə Ş.Həsənova əlavə edib.