Azərbaycanda da güclü zəlzələ gözlənilir?

“Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur”.

Yenicag.az bildirir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyədəki zəlzələ Azərbaycanla sərhəddən təxminən 700-800 km aralıda baş verib: “Bu uzaqlıqda baş verən zəlzələ ölkəmizdəki zəlzələ ocaqlarını oyada bilməz. Baxmayaraq ki, Azərbaycanda hər gün yeraltı təkanlar qeydə alınır. Lakin çoxu hiss olunmur. Odur ki, yaxın günlərdə ölkədə güclü təkanların olması gözlənilmir”.