Azərbaycanda daha 1 541 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 313 006 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 456 nəfərdir.

COP29