!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda daha 11 nəfər qanunsuz miqrant saxlanılıb

!Reklam – Yazi

Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miq­ra­siyaya qarşı keçirdiyi tədbirlər za­ma­nı 5 nə­fər Hindistan, 3 nəfər Pakistan, 2 nə­fər Banqladeş və 1 nəfər Əfqanıstan və­­tən­da­şı olmaqla, ümumilikdə 11 nə­fər əcnəbi sax­­­la­nılıb.

Bu barədə Yenicag.az-a DMX-nın mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.

Bununla da əcnəbilər tərəfindən Azərbaycan Res­publikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

www.yenicag.az

2566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv