Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib

Azərbaycanda COVID-19-a daha 529 yeni yoluxma qeydə alınıb, 547 nəfər sağalıb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015 test aparılıb. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 576 249-a çatıb

COP29