Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü

Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 22464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7505, ötən müddət ərzində isə ümumilikdə 544 735 test aparılıb.

COP29