Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 54 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1789 nəfər müalicə olunaraq sağalmış, 35 nəfər vəfat etmiş, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılmışdır.