!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda daha 75 dövlət əmlakı hərraca çıxarılıb

!Reklam – Yazi

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 28-də yeni hərrac keçirəcək.

Komitədən Yenicag.Az-a verilən xəbərə görə, hərraca ümumilikdə 75 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Vətəndaşlar hərraca çıxarılan 20 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisəsi, 25 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikilini özəlləşdirə bilər.

Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Səbail, Xəzər, Nəsimi, Sabunçu və Suraxanı rayonları, Şəki, Mingəçevir, Sumqayıt şəhərləri, Şirvan, Ağdaş, Lənkəran, Quba, Yardımlı və Neftçala rayonlarında yerləşir. Ən yüksək satış qiyməti ilə təklif olunan kiçik dövlət müəssisələri Səbail rayonundakı 11 saylı yanacaqdoldurma məntəqəsi, Nəsimi rayonundakı 7 saylı atelye və Xəzər rayonundakı “Mərdəkan” restoranıdır. Birinci əmlak 598,5 min manata, digər iki əmlakın hər biri 540 min manata təklif olunur.

Özəlləşdirilməsi təklif olunan qeyri-yaşayış obyektlərinin hamısı paytaxtın müxtəlif rayonlarında yerləşir. Nərimanovda 6, Xətaidə 5, Yasamalda 4, Nizamidə 4, Nəsimidə 3, Binəqədidə 2, Səbaildə 1 obyekt hərraca çıxarılıb. Bu əmlakların sırasında ən yüksək qiymət təyin olunan əmlak Səbail rayonundakı qeyri-yaşayış sahəsidir. Adıçəkilən obyektə 720 min manat ilkin satış qiyməti təyin olunub. Nizami rayonundakı qeyri-yaşayış binasını özəlləşdirmək istəyən iddiaçılar isə hərrac zamanı əmlaka qoyulan 215 min manat start qiymətindən yuxarı qiymət təklif etməli olacaqlar.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Sabunçu rayonunda yerləşən “Sabunçu Ticarət Təchizat” və “Zabrat Tikinti Quraşdırma”, Xətai rayonundakı “Xətai Ticarət-108” ilə yanaşı, regionlarda yerləşən “Astara çay-3”, “Mingəçevir Qum Çınqıl”, “Port İliç Xidmət”, “Ucar ağac emalı”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” kimi səhmdar cəmiyyətlər var.

ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Yenicag.Az

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv