!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda daha beş böhranın öhdəsindən gələ biləcək əlavə rezervlər mövcuddur" - Sabiq nazir

!Reklam – Yazi

“2014-ci ildən etibarən hər il investisiyaların həcmi azalır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın mümkün iqtisadi böhrana hazırlıq səviyyəsilə bağlı fikirlərini bölüşən sabiq maliyyə naziri, professor Saleh Məmmədov deyib.Onun sözlərinə görə, investisiya həcminin artırılması və vətəndaşların sosial rihafının yaxşılaşdırılması üçün əlverişli şərait var:

“Əslində, böhranların əsas səbəbi maliyyə siyasəti ilə bağlıdır. 2008-ci il yaşanan böhranda Mərkəzi Bank və Maliyyə Nazirliyi açıqlama verdi ki, heç bir zərərə uğramadan böhrandan çıxmışıq. 2014-ci il böhranında isə vəziyyətin çox gərgin olduğu bildirildi. İnsanlar bunu başa düşürdülər. İndiyə kimi hələ də o böhrandan tam çıxa bilməmişik. 2014-ci ildən etibarən hər il investisiyaların həcmi azalır. Bu il ÜDM-də investisiyaların payı ən az səviyyədədir. İnvestisiya olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Halbuki Azərbaycanda daha beş böhranın öhdəsindən gələ biləcək əlavə rezervlər mövcuddur. Bu il dünya iqtisadiyyatında neftin qiymətinin sürətlə artmasını nəzərə alsaq, bu halda investisiya həcminin artırılması və vətəndaşların sosial rihafının yaxşılaşdırılması üçün əlverişli şərait var. Qeyd edim ki, bu il inflyasiya problemi də aktualdır. Əgər elmə və sənayə sahəsinə investisiya axını təmin edilərsə, iqtisadi böhran və inflyasiya ilə mübarizədə istənilən nəticəni əldə edə bilərik”.

Gülşən Şərif

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv