Azərbaycanda daha bir avtobus qəzası – Tələbələr yaralandı

Gədəbəydə içərisində tələbələrin olduğu mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, Gədəbəy sakini, 1954-cü il təvəllüdlü Sərxan Həmzəyevin idarə etdiyi, Gədəbəy istiqamətində hərəkətətdə olarkən mikroavtobus rayonun Maarif kəndində idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 2004-cü il təvəllüdlü Jalə İbrahimova, 2004-cu il təvəllüdlü Jalə Bayramlı, 1980-ci il təvəllüdlü Turab Rzayev, 2004-cü il təvəllüdlü Nurtac Allahverdiyeva, 2004-cü il təvəllüdlü Orxan Hüseynov və 1978-ci il Günay Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar, onların beşinin vəziyyəti qənaətbəxş, birinin vəziyyəti isə kafi qiymətləndirilir.

Qeyd edək ki, yaralılar arasında tələbələr də var.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/