Azərbaycanda daha bir dəhşətli QƏTL: Qardaşını öldürüb intihar etdi – YENİLƏNDİ

İyulun 23-də saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Abşeron Rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Bağırovun birgə yaşadıqları mənzildə qardaşı 1962-ci il təvəllüdlü Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xatırladaq ki, daha əvvəl Abşeron rayonunda iki qardaş arasında münaqişə nəticəsində birinin bıçaqlandığı, digərinin intihar etdiyinə dair məlumat yayılmışdı.

***21:19

Abşeronda qardaş qardaşı bıçaqlayaraq öldürüb, daha sonra intihar edib.

Yenicag.az xəbər verir ki, hadisə “Saray” MTK-da baş verib.

Faktla bağlı araşdırma aparılır.

COP29