“1962-ci il təvəllüdlü tibb işçisi bu gün vəfat edib”.
Yenicag.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O, qeyd edib ki, onun başqa xəstəliyi də olub: “Aprelin 30-dan Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı və süni nəfəs aparatına qoşulmuşdu. Yanaşı xəstəlikləri ilə əlaqədar vəziyyəti ağırlaşdı və bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı”.