Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.
Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.
Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.