Azərbaycanda daha bir intihar – Toyundan 3 gün sonra…

Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, 1985-ci il təvəllüdlü rayon sakini Elçin Ədalət oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb.

Məlumata görə, E.Nəbiyev 2013-cü ildə ailə həyatı qurub. Lakin, toyundan üç gün sonra da özünü asaraq intihara cəhd edib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (Report)