Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da işsiz qalıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, 63 yaşlı nazir postu ilə vidalaşıb.
Bağırov artıq təhvil-təslim işlərini həyata keçririr.
Qeyd edək ki, Bağırov Hüseynqulu Seyid oğlu sözügedən posta 2001-ci ildə təyin olunmuşdu.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiq etdiyi siyahıda Hüseynqulu Bağırov yer almayıb. Onun yenidən əvvəlki vəzifəsini daşıyacağı gözlənilsə də, bu, baş verməyib.
EMİN SƏFƏROV