Azərbaycanda daha bir ölkənin səfirliyi açılır

Kosta Rika Respublikasının xarici işlər naziri Azərbaycana səfər edəcək.

Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz 28-29 noyabr tarixlərində Azərbaycan Respublikasında səfərdə olacaqdır.

XİN-dən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rika Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.