Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda uşağın qızılcadan vəfat etməsi ilə bağlı açıqlama yayıb.
“Yanvarın 7-də saat 12:25-də 2015-ci il təvəllüdlü Ömər Heydərov ailə üzvləri tərəfindən tibb müəssisəsinə gətirilərkən onun həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə qurumun məlumatında bildirilir.
***
10:28
Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.
Yenicag.az xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.
Ö.Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.
Məktəbdən bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib./qafqazinfo