Azərbaycanda daha bir sığorta agentinin lisenziyası ləğv olundu

Azərbaycan Mərkəzi Bankı bir fiziki şəxsə – Həsənov Qoşqar Əlsəməd oğluna sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

Bu barədə Yenicag.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar noyabrın 15-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun qəbul olunub.