Bu gün Azərbaycanda tanınmış həkim koronavirus səbəbindən ölüb.
Yenicag.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov bu gün günorta saatlarında koronavirusa yoluxmadan vəfat edib.
O, işlədiyi xəstəxanada xəstəsindən virusa yoluxub. Həkimin son 2 gün ərzində süni tənəffüs aparatına qoşulduğu bildirilib.
O, Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicə alırmış.