Azərbaycanda dəhşərli qəza: Maşın iki yerə bölündü – VİDEO

Bərdədə ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21011” markalı avtomobillə Mercedes və “VAZ-21-099” markalı avtomobillər bir-birinə deyib. Qəza zamanı iki yerə bölünən “VAZ-21011” markalı avtomobilin sürücüsü və 2 sərnişini müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.