!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dəhşət: 65 yaşlı qadını boğub öldürdülər

!Reklam – Yazi

Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətlə yetirilib.

Yenicag.az-ın məlumatına görə, rayonun Gəraybəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti onun həmin kənddə yerləşən evinin həyətində tapılıb.

Müayinə zamanı qadının kəndirlə boğularaq və baş nahiyyəsinə küt alətlə vurulması nəticəsində qətlə yetirildiyi məlum olub. Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosun arasında gizlədiblər.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır./Report/

www.yenicag.az

2612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv