!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda DƏHŞƏT: Dayı bacısı oğlunu baltaladı

!Reklam – Yazi

balta100 minlərlə qaçqın qadın gözləyirAğdaş rayonunda qanlı hadisə baş verib.

Yenicag.az APA-ya istinadən bildirir ki, mayın 23-də Ağdaş rayonunun Kükəl kəndində yaşayan Mustafa Sofiyevin evində dayısı Cavid İbrahimov münaqişə zəminində ona balta və dəyənəklə xəsarət yetirib.

Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.İbrahimov tutulub. Ondan 353,8 qram marixuana götürülüb.

Hadisə rayonun Kükəl kəndində qeydə alınıb. Mingəçevir şəhər sakinləri olan 1970-ci il təvəllüdlü İbrahimov Cavid Mayıl oğlu və onun bacısı oğlu, 1978-ci il təvəllüdlü Sofiyev Mustafa Rüfət oğlu Ağdaşın Kükəl kəndində spirtli içki qəbul edəndən sonra onların arasında münaqişə yaranıb. Cavid İbrahimov onu söyən bacısı oğlu Mustafa Sofiyevin başına, sifətinə və qollarına balta ilə bir neçə dəfə xəsarət yetirib.

Çoxlu qan itirən Mustafa Sofiyev təcili olaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mustafa Sofiyev əməliyyat olunub, vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Cavid İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv