Xızırda küt alətlə xəsarət alan qadın sumqayıtdakı xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə o, dünyasını dəyişib.
Qətli törədən şəxsin qadının ruhi əsəb xəstəsi olan əri olduğu bildirilir.
Bir həftə əvvə xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın dünyasını dəyişib.
Hadisə Xızı rayonunda yaşanıb.
51 yaşlı Bahar Mustafayeva baş nahiyəsindən aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb. Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasından XəzərXəbərə bildirildi ki, yaralı daxil olarkən ağır vəziyyətdə olub.
Xızı rayon prokurorluğunun yaydığı məlumatda bildirilir ki, iyunun 1-də 51 yaşlı Bahar Mustafayevaya küt alətlə xəsarət yetirilməsi və iyunun 5-də xəstəxanada ölməsi barədə daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Əbülfət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar Mustafayevaya küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib. İstintaq davam edir.