Azərbaycanda dəhşət – Yelləncək yeniyetmənin əcəli oldu

Samux rayonunda boğazına kəndir dolanan 12 yaşlı yeniyetmə boğularaq ölüb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Tunar Rauf oğlu Baxşəliyev yelləncəkdə yellənən zaman kəndir boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır./Report/