!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 2 yaralı

!Reklam – Yazi

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Sərkar yolunda baş verib. “QAZel” və “VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Qəza nəticəsində ölən və yaralananların kimliyi də məlum olub. Ölən şəxslər Samux rayon Sərkar kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov Tural Ənnağı oğlu və onun həmkəndlisi və həmyaşıdı olan Nəsibov Ruslan Xaliq oğludur.

Qəza zamanı xəsarət alanlardan biri Sərkar kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov Zaur Zirəddin oğludur. Digər yaralı isə özəl xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

www.yenicag.az

5370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv