!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 4 yaralı

!Reklam – Yazi

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində minik avtomobili ilə yük (“Qazel”) maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.

Yenicag.az xəbər verir ki, qəza zamanı minik avtomobilində olan sərnişinlər – 1968-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədova Sima və 1985-ci il təvəllüdlü Göyçay rayon Qarayazı kənd sakini Məmmədov Elmin Zülfiqar oğlu dünyasını dəyişib, həmçinin minik avtomobilinin Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu yaralanıb.

Digər üç yaralı yük maşınında olub. Bunlar “Qazel”in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu, onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğludur. Yaralılardan birinin şəxsiyyəti hələ ki, məlum deyil.

Xəsarət alanların hamısı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşadırma aparılır.

www.yenicag.az

4289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv