Göygöldə dəhşətli yol qəzası: 8 nəfər öldü – Cinayət işi açıldı – VİDEO/YENİLƏNDİ

Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə, 8 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bunlar Daşkəsən rayon sakinləri – 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, 2018-ci il təvəllüdlü Rübab Eldəniz qızı Həsənova, 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova (hamısı “VAZ-2107” markalı avtomobildə olublar), həmçinin 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalovdur.

Qəza zamanı yaralanan, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənovanın müalicəsi isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində davam edir və vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Artıq meyitlər ailələrinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

13:15

Göygöl rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzada xəsarət alanların olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report/

 

 

COP29