Salyanda 4 nəfərin olümü ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, Salyanın Sarvan kəndində baş verən ağır yol qəzası nəticəsində 4 qadın hadisə yerində dünyasını dəyişib. Yerli sakinlərin sözlərinə görə, avtomobillərin toqquşması nəticəsində yaralananlar da olub.
Qəza “18-BX-161” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı minik maşını ilə “15 BL-860” dövlət qeydiyyat nişanlı “Mercedes”in toqquşması nəticəsində baş verib. Hadisə yerində ölən 4 qadından birinin adı Arzu, digərininki isə Sevincdir. Qadınlar Ələt-Astara magistral yolunun hələ istifadəyə verilməyən hissəsinin tikintisi ilə məşğul olan şirkətin əməkdaşları olublar.
Qadınlardan 3-ü Salyanın Stansiya yaşayış massivi (20 Yanvar küçəsi), digər biri isə Plastik yaşayış massivinin sakini olub.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.