!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dəhşətli qəza: ölən və yaralananlar var

!Reklam – Yazi

Ağcabədidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayonunun Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi “Mutsubishi” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənan Budaqov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

3252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv